Obama BMT səsverməsini alqışlayır

Barack Obama

-

Prezident Barack Obama deyir ki, BMT Təhlükəsizlik Şurasının iyulun 20-də İran nüvə sazişinə yekdilliklə səs verməsi bir məsələ üzrə geniş qlobal konsensusu göstərir – bu razılaşma İranın nüvə silahlı hazırlmamasını təmin etməyin ən yaxşı yoludur.

Bütün imzalayan tərəflər sazişi ratifikasiya edəndən sonra BMT beynəlxalq sanksiyaların tədricən qaldırılmasına icazə verməlidir. Qətnamə qəbul olunan cədvəlin tam yerinə yetirilməsinə çağırır.

Qətnamədə deyilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə öhdəliklərinin gərəkən verifikasiyası və monitorinqini üzərinə götürməlidir.

Konqres 60 gün ərzində razılaşmanı nəzərdən keçirməkdədir. Bəzi respublikaçılar bu sənədə qarşı çıxıb.