Senatda İran sazişini müdafiə edəcəklər

John Kerry

-

ABŞ Administrasiyasının 3 yüksək rütbəli rəsmisi senatorlar qarşısında İran sazişini müdafiə edəcək.

Dövlət katibi John Kerry, Enerji naziri Ernest Moniz və Maliyyə naziri Jack Lew iyulun 23-də Senatın xarici əlaqələr komitəsində suallara cavab verəcək. Konqres sazişi sentyabrda səsə qoyacaq.

İyulun 22-də 3 nazir Senat və Nümayəndələr Palatasında qapalı görüşlər keçirib.

İyulun 14-də əldə olunmuş saziş İranın nüvə proqramını məhdudlaşdırmasını və əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Konqresmenlərdən bəziləri İranın nüvə təftişlərindən yayınacağından, sanksiyalar qaldırılandan sonra milyardları əldə edib Yaxın Şərqdə sabitsizlik yarada biləcəyindən narahatdırlar.