Samir Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 23-də müvafiq sərəncam imzalayıb.
Həmçinin prezident Qabriel Komaneskunun Azərbaycanın Rumıniyanın Konstansa şəhərindəki fəxri konsulu vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.