Türkiyənin cənub-şərqində daha bir polis əməkdaşı öldürülüb, digəri isə yaralanıb.
Təhlükəsizlik xidmətinin məlumatına görə hadisə polis iyulun 23-də əsasən kürdlərin yaşadığı Diyarbəkr şəhərində yolda yoxlama apararkən baş verib.
Poislərə silahlı hücum edilib.
Bundan 2 gün əvvəl Suriya sərhəddində yerləşən Ceylanpinar şəhərində də 2 polis öldürülüb.
Bu hücuma görə cavabdehliyi PKK yaraqlıları üzərinə götürüb.
Onlar bunun iyulun 20-də Suruc şəhərində 32 kürd fəalın qətli ilə nəticələnən partlayışa cavab olduğunu deyirlər.
Yarqaqlılar polisləri İslam Dövləti qrupu ilə əməkdaşlıqda ittiham edirlər.
Türkiyə hakimiyyəti bildirib ki, Surucdakı partlayışın arxasında İslam Dövləti qrupu durur.