-
Anası Elmira xanım deyir ki, Xədicə elə indi də şeirlər yazır, tez-tez Nazim Hikmətin şeirlərini mütaliə edir...
“Bakıda Avropa Ouyunlarının son günündə, iyunun 24-də Avropa Olimpiya Komitələrinin prezidenti Pat Hickey kütləni əli ilə salamladıqdan sonra bir elan etmişdi. “Azərbaycanın gələcəyi parlaqdır”- demişdi.
Bundan bir ay sonra, iyulun 24-də Azərbaycan hakimiyyəti ölkənin ən tanınmış jurnalisti, Avropa Oyunları da daxil, hökumətin korrupsiyasına dair mürəkkəb təhqiqatlar aparmış Xədicə İsmayılovanı mühakimə etməyə hazırlaşır”.
Bu sözləri Freedom House-un internet saytında təşkilatın Avrasiya Proqramı üzrə nümayəndəsi Tamara Grigoryeva yazır.
Məqalədə deyilir ki, İsmayılova əvvəlcə “bir nəfəri intihar dərəcəsinə çatdırmaq” ittihamı ilə həbs edilsə də, sonradan onun üzərinə mənimsəmə, vergidən yayınma, səlahiyyətlərini aşma kimi əlavə ittihamlar qoyulub.
Cəmiyyətin sütunlarından biri...
“Azərbaycan rəsmiləri İsmayılovanı cinayətkar, vətən xaini və Qərbin casusu kimi təqdim etməyə çalışırlar, – yazır Grigoryeva, - Lakin onu tanıyanlar Xədicəni müstəsna jurnalist, Azərbaycan vətəndaş cəmiyyətinin sütunlarından biri kimi qəbul ediblər”.
Onu tanıyanlar Xədicəni müstəsna jurnalist, Azərbaycan vətəndaş cəmiyyətinin sütunlarından biri kimi qəbul ediblər
Müəllif qeyd edir ki, İsmayılova təkcə istedadlı jurnalist olmaqla kifayətlənməyib, həm də bir çox gənc jurnalistlərin təlimləndirilməsinə kömək edib.
Amerikada mənzillənmiş media inkişafı təşkilatının sədri Charles Rice deyir ki, Xədicə onun tanıdığı təlimçilərdən ən yaxşısıdır.
Onun keçmiş tələbələrindən biri deyir ki, Xədicə bir çox jurnalistlərdən fərqli olaraq rəqabətdən qorxmur, öz mənbələrini həvəslə bölüşürdü.
10 yaşında ilk şeir
Tamara Grigoryeva yazır ki, Xədicə həm də uşaq yaşlarından yaxşı şeirlər yazır. Onun ilk şeiri hələ 10 yaşında olarkən “Azərbaycan” jurnalında dərc olunub.
Xədicə həbsxanada tərcüməçilik fəaliyyətini də davam etdirir. O hazırda Amerika-İran yazıçısı Səhər Delicaninin “Cakaranda ağacı” kitabını tərcümə edir
Anası Elmira xanım deyir ki, Xədicə elə indi də şeirlər yazır, tez-tez Nazim Hikmətin şeirlərini mütaliə edir.
İsmayılovanın dostu və həmkarı Aynur İmranova isə bildirir ki, Xədicə həm də istedadlı tərcüməçidir. O, 2011-ci ildə Khaled Hosseini-nin “Çərpələnguçuran” kitabını Azərbaycan oxucusuna təqdim edib.
Grigoryeva yazır ki, Xədicə həbsxanada tərcüməçilik fəaliyyətini də davam etdirir. O hazırda Amerika-İran yazıçısı Səhər Delicaninin “Cakaranda ağacı” kitabını tərcümə edir.
Polad kimi sərt, şüşə kimi təmiz
Müəllif xatırladır ki, Xədicə İsmayılova 2012-ci ildə şəxsi intim görüntüləri ilə şantaj ediləndə, Azərbaycan kimi bir cəmiyyətdə bu barədə açıq mətbuat konfransı keçirib.
Məqalədə deyilir ki, Azərbaycan hakimiyyəti belə metodlardan əvvəllər də istifadə edib, lakin Xədicənin reaksiyası onun üçün gözlənilməz olub.
Hazırda özü siyasi məhbus olan Xədicə İsmayılova siyasi məhbusların azadlığa buraxılması üçün ən çox mübarizə aparan insan haqları fəallarından biri sayılır.
O çox güclüdür və şüşə parçası kimi təmzidir. Lakin mən ondan narahatam...
Keçmiş siyasi məhbus və Meydan.tv saytının direktoru Emin Milli deyir ki, Xədicə onun azad olunması üçün kampaniyanın qeyri-rəsmi liderinə çevrilmişdi.
“O çox güclüdür və şüşə parçası kimi təmzidir. Lakin mən ondan narahatam” – deyib anası.
Charles Rice da narahatdır ki, həbsxana İsmayılovanın səhhətini pisləşdirə bilər.
Məqalədə deyilir ki, İsmayılovanın məhkəməsinin ardınca, insan haqları müdafiəçiləri Leyla və Arif Yunusun, Rəsul Cəfərovun məhkəmələri olacaq.
“Hazırda Azərbaycanda 80-dən artıq siyasi məhbus var” – yazır Tamara Grigoryeva.