-
ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) alimləri Kepler teleskopu vasitəsilə Yer planetinə oxşayan planet aşkarlayıblar. Alimlər iyulun 23-də elan ediblər ki, bu planet Yerdən 60 faiz böyükdür və bir ulduz ətrafında Yerin Günəş ətrafında fırlandığı məsafədə dövr edir.
Kaliforniyadakı SETI institutunun alimləri bu planetin səthinin sıldırımlı olduğunu və Yerə bənzədiyini deyirlər. Planetdə həyat üçün vacib suyun da olduğu güman olunur.
Kepler-452b adlı planet Yerdən 1400 işıq ili məsafədə yerləşir. Alimlərin tədqiqatı Astronomiya Jurnalının növbəti sayında dərc olunacaq.
2009-cu ilin mayından Kepler kosmik aparatı Günəş Sistemindən kənarda yeni dünya axtarışındaydı. İndiyədək Kepler 3 min 800 mümkün planet aşkarlayıb. Nə həddən artıq istilik, nə də həddən artıq soyuqluq onlarda həyat ola biləcəyini göstərən əlamət sayılırdı. Ancaq bu, Yerə bənzəyən ilk planetdir.
Lakin yeni planetdə həyat olub olmadığını yoxlamaq çətin olacaq. Belə ki, o, 2939 trilyon mil məsafədə yerləşir.