-
Türkiyə və ABŞ Türkiyənin Suriya sərhədi boyunca İslam Dövləti (İD) yaraqlılarının olmadığı zolaq yaratmaq barədə razılığa gəliblər. Bununla da minlərlə suriyalı qaçqın üçün təhlükəsiz məkan yaradılacaq və silahlı qruplaşmanın təchizat xətti, eləcə də yeni döyüşçü cəlb etmək üçün əsas marşrutu kəsilmiş olacaq.
Son bir həftə ərzində Türkiyə qonşu Suriya və İraqda İD-ə qarşı müharibəyə qoşulub.
Obama administrasiyasının rəsmiləri iyulun 27-də bildiriblər ki, ABŞ Türkiyə ilə İD-siz zona üzrə müzakirələr aparıb. ABŞ hələ də İD-nin nəzarətində olan həmin əraziyə hava zərbələri endirir. İndi Türkiyə ərazisindən zərbələr daha da sürətlənəcək.
Hələlik Türkiyə-ABŞ razılaşması yekunlaşmayıb. Nisbətən sabit, yaraqlılar olmayan zonanın yaradılması hazırda Türkiyəyə sığınmış 1.8 milyon suriyalı üçün sığınacağa çevriləcək. Ancaq bir rəsminin özlərinə görə, məqsəd heç də münaqişədən qaçamlar üçün “təhlükəsiz zona” yaratmaq deyil. “Ora gedə bilərlər, ancaq bu, əməliyyatın məqsədi deyil. Məqsəd sərhədi təmizləmək, Daesh üçün sərhədi bağlamaqdır,” həmin rəsmi deyib. O, İD-in ərəbcə slenq adından istifadə edib.