Tale Bağırzadə azadlığa çıxıb - [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Tale Bağırzadə AzadlıqRadiosuna danışır

-

Həbsdə olan ilahiyyatçı Tale Bağırzadə həbsdən azad edilib. Onu həbsxana qarşısında dostları, qohumları qarşılayıb.

AzadlıqRadiosu öyrənə bilib ki, Tale Bağırzadə sabah səhər saatlarında həbçi Mübariz İbrahimov və İslam Partiyasının həbsdə ölən sədr müavini Vaqif Abdullayevin məzarını ziyarət edəcək.

Tale Bağırzadə kimdir? O niyə həbs edilmişdi?

Tale Bağırzadə dostlarının arasında

Az sonra Hacı Tale Bağırzadə ilə video müsahibə olacaq. Saytımızı izləməyə davam edin.

O, 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi.

Daha sonra həbsdə olduğu müddətdə Taleh Bağırzadə Cinayət məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunub. Onun kamerasından mobil telefon tapılıb.

Onun cəza müddətinə 4 ay da əlavə edilib. Hacı Tale Bağırzadə iki il yarımlıq məhbus həyatından sonra azad edilib