Jurnalist Rasim Əliyev vəfat edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəfat edən jurnalistin atası: Məlumat vermirlər

-

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.

Jurnalistin babası: «Meyitini 1 saatdır vermirlər...»-[video]

Avqustun 8-də jurnalist Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirmişdi.

Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib.

Bu haqda AzadlıqRadiosuna 1 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat veriblər. Xəstəxanadan başqa heç nə deməyiblər.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib