«Google»u söküb təzədən yığdılar

Google

-

«Google» artıq «Alphabet» adlanan yeni şirkətin bir qoluna çevrilir.

Bu barədə «Google»un icraçı direktoru Larry Page açıqlama verib. O, yeni şirkətin saytındakı bloq yazısında 11 il əvvəl Sergey Brin-lə birlikdə qurduqları «Google»u idarə edərkən bəzən çox mübahisəli qərarlar verməkdən də çəkinmədiklərini bildirir.

Larry Page artıq şirkəti daha rahat idarə etmək üçün onu «Alphabet» adlı yeni holdinqin bir hissəsinə çevirdiklərini açıqlayır.

«Alhabet»də hər hərf bir şirkət üçün düşünülüb və «G» hərfi «Google» üçündür.

Yeni şirkətin prezidenti Sergey Brin, baş icraçı direktoru Larry Page-dir. «Google»un baş icraçı direktoru isə Sundar Pichai təyin olunub.

2004-cü ildə «Google»a addım atan, «Chrome»la qazandığı uğurdan sonra Android bölməsinə rəhbər təyin olunan Sundar Pichai-ın yeni strukturda «Google»u daha irəli aparacağı gözlənilir.