Taksilərə qadağa qoyulur

London taksiləri

-

Bakının bəzi yerlərində özəl taksilərin fəaliyyətinə qadağalar qoyulur. Bu qərarı Nəqliyyat Nazirliyi qəbul edib.

Nazirlik 14 yerdə vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsini qadağan edib. Həmin yerlərdə yalnız “London taksiləri” işləyə bilər.

Qadağa qoyulan zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “İçərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı.

Amma şəxsi taksilərə qarşı tədbirlər bununla bitmir. Yalnız qeydiyyatdan keçmiş şirkətlərin sürücüləri taksi işlədə bilər.

Artıq avqustun 12-dən polis və Nəqliyyat Nazirliyinin əməkdaşları sözügedən ünvanlarda şəxsi taksi sürücülərini sıxışdırmağa başlayıblar. Bu da sürücülərin etirazına səbəb olur.