Demokratlardan İran sazişinə dəstək gəldi

ABŞ-da İran sazişilə bağlı yürüş, 10 avqust, 2015-ci il

-

ABŞ Senatının daha iki demokrat üzvü İran nüvə sazişinə dəstək bildirib. Bu arada Prezident Barack Obama-nın tərəfdarları Konqresin sazişi rədd etməməsinə nail olmağa çalışırlar.

Montanadan senator John Tester və Minnesotadan Al Franken ilə birlikdə hazırda sazişə dəstək bildirən Senat demokratlarının sayı 18-ə çatıb. Bu gərəkən 34 səsin yarısından çoxdur.

Respublikaçılar gələn ay Obamaya sazişin əleyhinə qətnamə göndərməyə hazırlaşır, Obama-nın isə həmin qətnaməyə veto qoyacağı gözlənir.

“Bitkin olmasa da, güclü sazişdir,” Franken deyib.

“Aydındır ki, bu saziş İranın nüvə silahı hazırlamasının qarşısını almağın yeganə yoludur,” bunu isə senator Tester bildirib.