Avqustun 20-də Bakıda bir nəfər özünü yandırıb.
Bu barədə APA agentliyi Səbail rayon Polis İdarəsinə istinadla xəbər verir.
Bakı şəhər sakini Ayaz Hüseynov üstünə benzin tökərək özünə od vurub.
O dərhal hadisə yerində olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.