-
Beynəlxalq Qadınların Media Fondu (IWMF) azərbaycanlı jurnalist, 2012-ci ildə Jurnalistikada Cəsarətə görə Mükafatının qalibi Xədicə İsmayılın məhkəməsindən dərin narahatlıq hissi keçirir. Qurum avqustun 20-də yaydığı bəyanatında bildirir ki, təxminən bir ay çəkən məhkəmə prosesi yekunlaşmaq üzrədir və cümə günü jurnalistə cəza istəniləcək. “Təqsirli bilinərsə, Xədicə İsmayıla 17 illik cəza kəsilə bilər”.
Xədicə İsmayıl başqasını intihar cəhdinə çatdırma ittihamıyla həbs olunsa da, sonradan ona iqtisadi ittihamlar irəli sürülüb. Özü, eləcə də AzadlıqRadiosu bu ittihamların onun prezidentin ailə biznesini ortaya qoyan araşdırmalarıma cavab olduğunu deyir.
“Onu susdurmağa çalışanların iradəsinə tabe olmadığına görə ona 2012-ci ildə bu qurumun Jurnalistikada Cəsarətə görə Mükafatı təqdim olunub,” bəyanatda deyilir.
“Aşkar görünür ki, İsmayılovaya qarşı ittihamlar araşdırmalarına görə siyasi motivli qisas cəhdidir. Azərbaycan hakimiyyətini mətbuat azadlığı prinsiplərinə hörmət göstərməyə, İsmayılovanın təqsirsizliyini üzə çıxarmağa çağırırıq”. IWMF-in icraçı direktoru Elisa Lees Muñoz deyib.
IWMF 25 ildir dünyada qadınların rolunun gücləndirilməsi yolunda çalışdığını bildirir.
Hakimiyyət ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını bildirir.