Böyük Britaniya ilə İran 4 illik fasilədən sonra səfirliklərini bərpa edirlər.
İki ölkə arasında diplomatik münasibətlər, 4 il bundan əvvəl nümayişçilərin Tehrandakı Britaniya səfirliyinə hücumundan sonra pozulmuşdu.
Rəsmilərin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond səfirliyi bərpa etmək üçün avqustun 23-də Tehrana gedəcək.
Həmçinin eyni vaxtda Tehran Londondakı səfirliyini yenidən açacaq.
İyulun 14-də Tehranla əldə edilmiş yekun nüvə sazişindən sonra bir sıra qərb ölkələrinin rəsmiləri də İrana rəsmi səfər ediblər.
Bu saziş ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çinin vasitəçiliyi ilə əldə olunub.
Sənəddə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.