Azərbaycan Mərkəzi Bankı avqustun 24-də dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına başlayıblar.
Bankdan asılı olaraq bir nəfərə 5 minədək dollar satışı ilə bağlı limit müəyyən edilib. Amma valyuta tez qurtarır.
Turanın məlumatına görə, ekspertlər bunu valyuta qıtlığının artması ilə əlaqələndirirlər.
Mərkəzi bankın məlumatına görə, iyulda valyuta ehtiyatları 18,7 mln dollar azalıb.
Fevraldakı devalvasiyadan sonra martdan iyuladək bankın valyuta ehtiyatları $11 mlrd. 4,4 mln.-dan $8 mlrd. 501,5 mln.-dək azalıb.
2014-cü il iyulun 31-i üçün Mərkəzi bankın valyuta ehtiyatları $15 mlrd. 193.4 mln olub.