Tarif Şurasının avqustun 25-də keçirdiyi növbəti iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib
Ümumilikdə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, nəticədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
Bununla da, qeydiyyata alınmış dərman vasitələrinin təqribən 15%-nin aşağı satış qiymətləri təsdiqlənib.
Məlumatda bildirilir ki, ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin gündən qiymətləri təsdiq edilməmiş dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.