İran sazişinin keçəcəyinə inam artır

Harry Reid (ortada), arxiv fotosu

-

İran yekun nüvə sazişinə demokratların dəstəyi artır. Artıq ABŞ Senatında sazişin keçəcəyinə inam güclənib. Gələn ay kritik səsvermənin keçiriləcəyi, Respublikaçılar həmin sazişi pisləyən qətnamə təqdim edəcəkləri gözlənir.

Avqustun 25-də Senator Patty Murray sazişə dəstəyini bildirib. O, artıq dəstəyini ifadə edən 29-cu senatordur.

Prezident Barack Obama-nın sazişi rədd edən qətnaməyə veto qoyması üçünsə ona 34 senatorun dəstəyi lazımdır. .

Senat demokratlarının lideri Harry Reid Nevada ştatındakı çıxışında deyib: “Prezidentin vetosunu saxlamaq üçün yetərli sayda səslərimiz olacağından nikbin idim, indi bu mənə tamamilə aydındır”. Reid hətta ümidini bildirib ki, demokratlar 41 səs toplaya biləcəklər.