-
Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı xəstəxanaya təkliflər göndərilib.
Bunu Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Onun dediyinə görə, nazirlik təkliflərə cavab gözləyir: «Biz Leyla Şıxlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək».
Bir müddət əvvəl Leyla Şıxlinskaya klinikasına lisenziya verilmədiyindən işi dayandırılıb.