İran Birləşmiş Ştatlarda həbsdə olan 19 iranlını azad etməyə çağırıb.
Xarici işlər nazirliyinin sözçüsü Marzieh Afkham avqustun 26-da bildirib ki, biz ABŞ hökuməti və onun məhkəmə orqanlarını bu insanları azad etməyə çağırırıq.
İran bundan bir gün öncə Vaşinqton Post qəzetinin İran bürosunun müxbiri Jason Rezaianın ABŞ-da həbsdə olan məhbuslarla dəyişdirilməyəcəyini bəyan edib.
39 yaşlı jurnalist 1 ildən çoxdur ki, İranda həbsdədir.
O casusluqda ittiham olunur.