Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşlar üçün avqustun 28-də bölgələrdə əmək yarmarkaları təşkil edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə yarmarkalar Şirvan şəhəri və Kürdəmir rayonunda keçiriləcək.
Şirvan şəhərində 280, Kürdəmir rayonunda isə 55 200-dən çox boş iş yeri təklif ediləcəyi gözlənilir.
Həmçinin sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə iş yerləri təqdim olunacaq.