Sentyabrın 1-dən Ukraynanın şərqində atəşkəs yenidən bərpa olunacaq.
Bu barədə Fransa rəhbərliyi məlumat yayıb.
Rusiyapərəst separatçılarla Kiyevin nümayəndələri avqustun 26-da yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 1-dən atəşkəsi tam bərpa etmək razılığına gəliblər.
Avqustun 29-da Fransa, Almaniya və Rusiya rəhbərləri arasındakı telefon söhbəti olub.
Fransa prezidenti Francois Hollande-nin administrasiyasından verilən məlumata görə, “onlar sentyabrın 1-dən atəşin tamamilə dayandırılması ilə bağlı çağırışı tam dəstəkləyiblər.
Bundan başqa Hollande Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin razılığa gəliblər ki, qarşıdakı həftələrdə Ukrayna prezidenti Petro Poroshenko-nun da iştirakı ilə sammit keçirmək faydalı ola bilər.
Telefon danışığı zamanı Vladimir Putin Ukrayna ordusu tərəfindən şəhərlərin aramsız bombardman edilməsindən narahatlığını bildirib. Rusiya prezidenti Kiyevlə separatçı liderlər arasında birbaşa dialoqun təşkili və region üzrənidəki iqtisadi blokadanın ləğvini təkid edib.
2014-cü il apreldən bu yana Ukrayna qüvvələri ilə üsyançılar arasındakı toqquşmalar nəticəsində 6 min 800-ə yaxın adam ölüb. Tərəflər arasında bu ilin fevralında Minskdə atəşkəslə bağlı əldə olunmuş razılıq mütəmadi olaraq pozulur.