Grigorcuk Mkhitariandan danışdı

Henrikh Mkhitarian

"Qəbələ"nin baş məşqçisi Roman Grigorcuk Avropa Liqasının qrup mərhələsində rəqibləri olan "Borussiya" klubunun erməni yarımmüdafiəçisi Henrikh Mkhitarianın Azərbaycana gəlməsi ilə bağlı yaranmış vəziyyətdən danışıb.

O azerisport.az saytına açıqlamasında deyib ki, qanun hər kəs üçün eynidir və ona riayət etmək lazımdır. Bu barədə başqa heç nə demək istəmirəm"-deyə o vurğulayıb.

Qeyd edək ki, Mkhitarian Azərbaycan qanunlarını pozaraq 2011-ci ildə Dağlıq Qarabağa səfər edib.

Azərbaycan hakimiyyəti həmin şəxsləri “qara siyahı” ya salıb və onlar ölkəyə gələ bilməzlər.