Beynəlxalq Bank kredit faizlərini salır

Elmar Məmmədov

-

Bu il iyulun 22-də «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyəti yenidən formalaşdırılıb. Qalmaqallı kreditlərə görə mətbuatın gündəmindən düşməyən bankın bundan sonraya planları, strateji hədəfləri nədir?

Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun apa-ya müsahibəsini ixtisarla veririk.

Elmar Məmmədov prezident İlham Əliyevin Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanmasına dair 15 iyul 2015-ci il tarixli fərmanından danışıb.

- Bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması, səriştəli kadrların bankın fəaliyyətinə cəlb olunması və s. bu kimi addımların atılması zəruridir...

Bundan başqa, kredit növlərinə və məhsullarına yenidən baxılmasına, bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən, burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.

- Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların bu bankda qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsas varmı?

Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən fərmanın məzmununu təhrif edir... İndiki mərhələdə söhbət bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir.

- Birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən fərmanın məzmununu təhrif edir... İndiki mərhələdə söhbət bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir.

Beynəlxalq Bankın binası

Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.

Hazırda banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək.

Fərmandan da göründüyü kimi, dövlət tərəfindən Beynəlxalq Banka dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, bankın gələcəyinə ən böyük zəmanətdir.