Ukrayna Dumasının bir qrup deputatı hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı konstitusiyaya təklif edilən düzəlişlərin səsə qoyulmasını əngəlləyiblər.
Radikal Partiya və Azadlıq koalisiyasından olan deputatlar tribunanı dövrəyə alıblar.
Həmçinin bu düzəlişlərə qarşı çıxan yüzlərlə fəal parlamentin qarşısında etiraz aksiyası keçiriblər.
Düzəlişlərdə rusiyapərəst separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərinə yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.
Bu düzəlişləri iyulun 15-də parlamentə prezident Petro Poroshenko təqdim edib.
Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.
Rusiyapərəst separatçılar bu rayonlara xüsusi status verilməsinin Konstitusiyaya salınmasını təkid edirlər.
Ötən ilin aprelindən Ukraynanın şərqində kökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.