Rusiya,Ukrayna,Almaniya və Fransanın xarici işlər nazirləri sentyabrın ortalarında Ukrayna münaqişəsini müzakirə edəcəklər.
Bu barədə avqustun 31-də jurnalistlərə Kremlin müşaviri Yuri Ushakov məlumat verib.
O bildirib ki, nazirlərin görüşündən sonra prezidentlərin telefon söhbəti gözlənilir.
Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.