Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun mülki şəxsləri atəşə tutmasına cavab veriləcəyini bəyan edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsi və bunun nəticələrinə görə məsuliyyət tam Ermənistan hakimiyyətinin üzərinə düşür.
Nazirlik bildirir ki, Azərbaycan ordusu düşmənə qarşı adekvat tədbirlər görəcək və onun bu hərəkəti cavabsız qalmayacaq.
Azərbaycan ordsusunun mülki şəxsləri atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlara gəldikdə isə Nazirlik bunun yalan olduğunu bəyan edib.
Nazirlik bildirir ki, Azərbaycan ordusu Ermənistanın yaşayış məntəqələri, mülki obyektlər və dinc əhalini heç vaxt atəşə tutmayıb və bu barədə yayılan məlumatlar tamam yalandır.