«Dünya Xədicənin səsindən məhrum olmamalıdır»

Samantha Power

-

«Mərd Azərbaycan jurnalisti Xədicə İsmayıl 7 il yarım həbs cəzası alıb. Dünya onun səsindən məhrum olmamalıdır».

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində belə yazıb.

O, öz fikrini #FreeThe20 həştəqi ilə paylaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində sentyabrın 1-də hökm çıxarıb, onu 7 il yarım müddətinə azadlıqdan məhrum edib.

Bir çox beynəlxalq qurumlarla yanaşı, ABŞ Dövlət Departamenti hökmü pisləyib, Azərbaycan hökumətini Xədicə İsmayılı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırıb.