Siyavuş Novruzov pul işinə baxacaq

Siyavuş Novruzov

-

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.

Bu, Mərkəzi Seçki Komissiyasının «2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında» qərarında əksini tapıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, deputatlar Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva də daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri kimi təsdiq olunublar.