Almaniya və digər Qərbi Avropa ölkələrində sığınacaq axtarmaq istəyən minlərlə miqrant ikinci gündür ki, Budapaeştin əsas dəmiryol vağzalı ətrafında etiraz aksiyası keçirirlər.
Polis sentyabrın 1-də Qərbi Almaniya və Avstriyaya getmək istəyən 2 minə yaxın qaçqını vağzaldan çıxarıb və miqrantlar bundan sonra stansiyanın ətrafında etiraz aksiyası keçirirlər.
Hökumətin sözçüsü miqrantların buraxılıb-buraxılmayacağı barədə sualı cavablandırarkən bildirib ki, Avropa Birliyinin qanunlarına əməl olunmalıdır.
“Qanunsuz miqrantlar Avropa Birliyi ərazisində səfəri yalnız qanuni sənədlər və birliyin qanunları çərçivəsində davam etdirə bilərlər”-deyə o vurğulayıb.
Avropa Birliyi ölkələri Suriya, İraq, Əfqanıstan və digər şərq ölkələrindən böyük qaçqın axını ilə üzləşib.
Təkcə avqustda Macarıstana 50 min qaçqın gəlib.
Onların əksəriyyəri Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.