Yunanıstanla İranın Suriyaya yük aparan Rusiya təyyarələrinə hava məkanı verdikləri bildirilir.
İnterfaks agentliyinin sentyabrın 9-da Tehrandakı Rusiya səfirliyinə istinadla verdiyi məlumata görə,İran bununla bağlı Moskvanın bütün sorğularına müsbət cavab verib.
Həmçinin Afinadakı Rusiya səfirliyi TASS agentliyinə avqustun 31-də Afinadan müvafiq razılıq alındığını bildirib.
Yunanıstan bu həftə hava məkanının Rusiya üçün bağlanması ilə bağlı ABŞ-dan sorğu aldığını bildirmişdi.
ABŞ hesab edir ki, Moskva Suriya prezidenti Bashar Assada dəstək üçün bu ölkədə hərbi iştirakını genişləndirə bilər.
Bolqarıstanın xarici işləır nazirliyi sentyabrın 9-da bildirib ki, ölkə Rusiya təyyarələrinin Suriyaya uçuşuna o vaxt icazə verə bilər ki, yüklər Bolqarıstan hava limanında yoxlansın.