►Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariganı baş nazirin müavini təyin edib.
52 yaşlı Dariga 2004-cü ildən deputat idi, o həmin vaxt parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilmişdi.
Dariga Nazarbayevanın həyat yoldaşı olan iş adamı, siyasətçi, diplomat Rahat Əliyev vaxtilə Qazaxıstandan Avropaya qaçmışdı və 2007-ci ildə Dariga ilə boşandı.
Bunu da oxu: ""Cənnət" həyatımızı cəhənnəmə çevirib"
Sonralar Rahat Aliyev korrupsiya və satqınlıq ittihamları ilə Qazaxıstan məhkəməsinin qərarı ilə qiyabi 40 il həbs cəzası aldı.
Qazaxıstanda 3 qətldə ittiham olunan Rahat Əliyev Avstriya həbsxanasında saxlanırdı və burda asılmış tapıldı.
75 yaşlı Nazarbayev Qazaxıstanı 1989-cu ildən idarə edir.