«Rusiya Latakyada aeroportu genişləndirir»

Rusiyanın EMERCOM təyyarəsi suriyalılara humanitar yardım gətirib, Latakya aeroportu, 2014-cü il

-

Rusiya Suriyanın Latakya liman şəhərindəki aeroportda uçuş zolağını genişləndirir. Bunu suriyalı fəallar deyirlər.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı sentyabrın 13-də bildirib ki, “Rusiya Hemeimeem hərbi aeroportu yaxınlığında böyük təyyarəni qəbul etmək gücünə malik uçuş zolağı tikir”.

“Ola bilsin, daha çox silah-sursat göndəriləcək, yaxud onu beynəlxalq aeroporta çevirmək istəyirlər,” təşkilatın direktoru Rami Abdel Rahman deyib.

Bu arada ABŞ rəsmiləri Rusiyanın Suriyada hərbi fəaliyyətini artırmasından narahatlıq dilə gətiriblər.

Rusiya xarici işlər naziri Sergei Lavrov sentyabrın 13-də deyib ki, Moskva Suriyaya hərbi sursat göndərməkdə davam edəcək.