Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslər və Krımın ilhaqı ilə Ukraynanın şərqindəki münaqişədə əli olan digər şəxslərə qarşı sanksiyaları daha 6 ay uzadıb.
Sanksiyaların vaxtı sentyabrın 15-də sona yetirdi.
Söhbət bank hesablarının dondurulması və viza qadağasından gedir.
Ümumilikdə 149 nəfərin gələn il martın 15-dək Avropa Birliyi ərazisinə girməsi qadağan edilir və onların aktivləri dondurulur.
Onların arasında Rusiya gərbçiləri, deputatlar və səlahiyyətli şəxslər var.
Şirkətlərə gəldikdə isə bunlar əsasən Krım və separatçıların nəzarətində olan Ukraynanın şərqindəki müəssələrə şamil edilir.
Qeyd edək ki, ABŞ,Avropa Birliyi və bir sıra digər ölkələr Ukrayna münaqişəsinə görə, Rusiya və rusiyapərəst separatçılara qarşı bir sıra sanksiyalar tətbiq ediblər.