ABŞ-dan Rusiyaya Assad xəbərdarlığı

John Kerry (solda) və Sergey Lavrov

-

Vaşinqton Rusiyaya xəbərdarlıq edir ki, Kreml Suriya liderini “canlandırmağa” başlayandan Bashar al-Assad-ın İslam Dövləti qruplaşmasına qarşı mübarizədə rolu yoxdur.

ABŞ-ın Dövlət katibi John Kerry sentyabrın 15-də rusiyalı həmkarı Sergei Lavrov-a zəng edib. Kerry deyib ki, Birləşmiş Ştatlar Suriya prezidenti ilə bağlı mövqeyini dəyişməyib – Assad getməlidir ki, digər tərəflər ölkədəki 4 illik vətəndaş müharibəsinə son qoymaq üçün siyasi həllə nail ola bilsinlər.

Kerry-nin zəngindən öncə Rusiya prezidenti Vladimir Putin demişdi ki, Rusiya Assad-a hərbi yardımı davam etdirməkdə qərarlıdır.

Dövlət katibinin ofisinin yaydığı məlumata görə, Kerry Lavrov-a deyib ki, “Rusiyanın Assad-a dəstəyinin davam etməsi münaqişənin genişlənməsinə gətirər, bu da ekstremizmlə birgə mübarizəmizi zərbə altında qoyar”.