Bakıda IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

Arxiv

Sentyabrın 16-da Bakıda IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışI olub.

Bu barədə AzadlıqRadiosunun müxbiri tədbirdən xəbər verir.

Mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, baş nazir müavini Elçin Əfəndiyev, yazıçılar Birliyinin sədri Anar, yazıçı Çingiz Abdullayev və digər şəxslər iştirak edib.

Qanun nəşriyarının rəhbəri Şahbaz Xudiyev AzadlıqRadiosuna müsahibəsində sərgiyə 20 min kitab çıxardıqlarını deyir. Amma o ümumilikdə sərginin sönük keçdiyini və demək olar ki, bir gününün futbol oyununa verildiyini deyib.

Bakı Əl Oyunları sarayında keçirilən sərgidə yerli nəşriyyatlarla yanaşı Rusiya, Türkiyə, İran, Makedoniya, Serbiya, Yunanıstan da daxil olmaqla 30-a yaxın ölkə nəşriyyatı və digər qurumlar iştirak edir.

Tədbir sentyabrın 17-dək davam edəcək.