Allahverdi, İmamqulu adları qoyulmayacaq

-

Milli Elmlər Akademiyası Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı tövsiyələri Nazirlər Kabinetinə təqdim edib. Bunu Trend-ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Tövsiyələrə görə, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil. Həm də adların milli mənsubiyyəti olmalıdır: “Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar. Misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.

N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyə olunmur: “İki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub. Mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyə olunmur”.