"ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə amerikalı həmsədr problemin həlli istiqamətində səyləri artırıblar”.
APA-nın məlumatına görə, bunu Şəkidə səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə məlumatlar əldə etdiyini, məcburi köçkünlərlə görüşdüyünü bildirib.
Robert Sekuta qeyd edib ki, BMT-nin qarşıdan gələn Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. “Bir şeyi bilmək lazımdır ki, Minsk qrupu tərəfləri bir araya gətirəcək, amma münaqişədən çıxış yolunu tapmaq üçün hər iki ölkə rəhbərliyi birgə iş aparmalıdır”-deyə o vurğulayıb.