MTN sentyabrın 22-də 2013-2015-ci illərdə İraqda, Suriyada İslam Dövləti və digər təşkilatlarda vuruşmuş daha 5 azərbaycanlının tutulması xəbərini yaydı. Tez-tez belə xəbərlərin yayılması bir tərəfdən, bununla mübarizə aparıldığını, vəziyyətin nəzarətdə olduğunu, o biri tərəfdən, Suriyada vuruşan azərbaycanlıların heç də az olmadığını göstərir.
Belə azərbaycanlılar nə qədərdir? Onların Azərbaycana təhlükəsi ciddidirmi?
Təhlükəsizlik eksperti İlham İsmayıl AzadlıqLive-a deyir ki, müxtəlif qiymətləndirmələrə görə, onların sayı 250-300 nəfərdir.
Rusiya və ya Şimali Qafqazdan belə vuruşanların sayı ilə müqayisədə bu, çox deyil. Bundan başqa, vəziyyət nəzarətdə saxlanır.
Bəs bu azərbaycanlılar necə olur ki, birdən-birə Suriyaya getməyə qərar verirlər?
İlham İsmayıl deyir ki, Azərbaycanda fəaliyyət göstərən missionerlər var.
Bəs azərbaycanlıları Suriyaya getməyə vadar edən nədir?
İlham İsmayıl deyir ki, bunun iki səbəbi var: Azərbaycanda ideoloji boşluq və sosial ədalətsizlik.
Sizin brauzer HTML5-i dəstəkləmir