Bu il "selfie"dən 12 adam ölüb

-

“Selfie”dən, telefonla özü-özünü çəkməkdən bu il daha çox adam ölüb, nəinki , məsələn, köpək balığının dişləməsindən.

Huffington Post-un yazdığına görə, bu il öz şəklini telefonla çəkmək istərkən 12 adam ölüb.

66 yaşlı bir yapon Hindistanda, Tac Mahalda öz şəklini çəkmək istərkən pilləkandan yıxılıb, ölüb.

İyul ayında ABŞ-ın Missisipi ştatından olan qadın Milli Parkda bizonların çox təhlükəli yaxınlığında “şelfie” çəkmək istəyib, onu bizon vurub və qadın ölüb.

Rusiyada bu ilin əvvəlində kampaniya başlaylıb ki, “hətta milyon “like” sizin həyatınıza dəyməz”.

May ayında Rusiyada 21 yaşlı bir qız “şelfi” çəkmək istərkən özünü başından güllə ilə vurmuşdu.