Türkiyədə sosial mediada son günlər belə fikirlər sürətlə yayılır ki, Qurban bayramında "5 nəfər yığışıb, bir qoç alıb, kəsməkdənsə, o, 5 nəfər toplaşıb, bir kasıbın evinə getsinlər, 2 aylıq işıq pulunu, qaz pulunu versinlər, onun başqa borclarını ödəsinlər və s.
Belə fikirlərə nəzəri əsaslar verənlıər də var. Yazar və filosof İhsan Eliaçık "Gaia" dərgisinə sentyabrın 23-də geniş müsahibə verib ki, Qurandakı "zəbih" anlayışı düzgün yozulmur. İbrahim peyğəmbərlə bağlı "Biz onu böyük xətadan qurtardıq" "Biz ona böyük qurban verdik" kimi yozulur. Eliaçık deyir ki, Quranda "mənim üçün qurban kəsin"-deyə bir şey yox.
Bu fikirlərlə azərbaycanlı ilhaiyyatçı Elşad Miri qətiyyən razı deyil. O deyir ki, Quranda qurbanla bağlı çox aydın deyimlər var. Elşad Mirinin fikrincə, Qurban bayramının alternativ üsullarla bayram edilməsi fikrini irəli sürənlər belə mövzularla gündəmə gəlmək istəyənlərdir.
Bəs bu "alternativ üsullar" təklifi niyə sosial mediada belə çoxlu tərəfdar qazanır? Elşad Miri deyir ki, bu da göstərici deyil, çünki sosial şəbəkədə olanlar "alimlər deyil ki".
Sizin brauzer HTML5-i dəstəkləmir
Hansı tərəf düz deyir? Öz fikirlərinizi bizə yazın.