-
Səudiyyə rəsmiləri Həcc ziyarətində 717 nəfərin öldüyünü, 805 nəfərin xəsarət aldığını bildirir. Bu, son 25 ildə Məkkədə ən ağır faciədir.
Hadisə Məkkənin bir neçə kilometrliyində baş verib, Minada şeytanın daşlanması mərasimi zamanı qarışıqlıq düşüb.
Səudiyyə kralı Salman və vəliəhd şahzadə, daxili işlər naziri Mohammed bin Nayef bin Abdelaziz hadisənin araşdırılmasına göstəriş verib. Kral Salman deyib ki, bu hadisədən sonra kralıq illik həcc ziyarəti planlarına yenidən baxacaq.
İran faciədə Səudiyyə hakimiyyətini ittiham edib. İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei deyib ki, Səudiyyə hakimiyyəti bu hadisəyə görə “ağır məsuliyyəti” üzərinə götürməlidir. İran mediası faciədə 100-dən çox iranlının həlak olduğunu yazır.
“Bu faciəyə pis idarəçilik və qeyri-adekvat hərəkətlər səbəb olub,” Khamenei deyib. Ali dini rəhbər zəvvarların ailələrinə başsağlığı verib, ölkədə üç günlük matəm elan edib.