"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik edilib.
Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, Cəmil Rüstəmxanlı klubun prezidenti seçilib.
O, bu vəzifədə Cavid Qurbanovu əvəz edib.
"Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub.
Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli isə "Azərreyl" klubunda eyni vəzifəyə keçib.
Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb.
"Azərreyl" in prezidenti isə hələ ki, seçilməyib.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavinidir. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur.