Azərbaycanlı zəvvarların vətənə dönməsində yaranan problemlərə görə Səudiyyə Ərəbistanının"Flynas air" şirkəti məsuliyyət daşıyır."
APA-nın məlumatına görə bunu Qafqaz Müsəlmanları İdarəsi bəyan edib.
Qeyd edək ki, Azərbaycanlı zəvvarlar Həcc ziyarətindən dönərkən gecikmə və problemlər yaranıb zəvvarlar Ciddə aerportunda etiraz aksiyası keçiriblər.
Qafqaz Müsəlmanları İdarəsi buna görə, uçuşlara görə öhtəlik götürən “Flynas air” şirkətinin cəzalandırılmasını tələb edir və bununla bağlı Azərbaycan Hava Yolları Şirkətinə müraciət edib.
Məlumata görə, Səudiyyə Ərəbistanı uçuşların bu şirkət tərəfindən keçirməsini şərt kimi qoyub və tərəflər razılaşıb.
Qarşı tərəf problemlərin səbəbini Ciddə hava limanında izdihamın böyük olması ilə izah edir, amma bu QMİ-ni qane etmir.
“Flynas air” çirkəti dövlət büdcəsindən maliyyələşir və kral ailəsinə məxsusdur.
Zəvvarların daşınması ilə bağlı bu şirkətlə AZAL arasında xüsusi razılaşma var.