Rusiyanın hərbi-hava qüvvələri ikinci gündür ki, Suriyada yaraqlıların mövqelərinə zərbələr endirir.
Rusiya Müdafiə nazirliyinin məlumatına görə, Su-24 və Su-35 təyyarələri ötən gücə İslam Dövləti qrupunun mövqelərinə 4 zərbə endiriblər.
Nazirlin məlumatına görə, təyyarələrə mülki ərazilərin bombalanmaması göstəriş verilib.
Əsas hədəflər İslam Dövləti qrupunun İdlib, Hama və Homs əyalətlərindəki mövqeləri, silah anbarları və 3 mərtəbəli komandanlıq mərkəzi olub.
Bundan əvvəl isə əsas hədəfin “Fəth ordusu” olduğu bildirilirdi.
Bu alyansa Əl Qaidənin yerli qanadı, Əl-Nusra Cəbhəsi və Əhrar əl Şam qrupu daxildir.
Onların hamısı İslam Dövləti qrupuna qarşı mübarizə aparır.
Reuters agentliyinin Livanın Al Maydan televiziyasına istinadla verdiyi məlumata görə, Rusiya təyyarələri cümə axşamı Suriyadakı mövqelərə azı 30 zərbə endiriblər.
Reutersin məlumatına görə, Livan televiziyası Suriya prezidenti Basha Assadın tərəfini saxlayır.