-
Sizin brauzer HTML5-i dəstəkləmir
AzadlıqRadiosunun «İz» proqramı rəssam Sabir Çopuroğlunun izinə düşüb.
O, qədim Borçalının tanınıb-sayılan Çopuroğlular soyadının davamçısıdır.
Borçalı mahalında doğulsa da, Tiflis (Tbilisi) sənət məktəbində yetişsə də, yetkin yaşında Bakıya köçüb və özünün düşünüb-tapdığı, həm də heç adi sayılmayacaq texnikayla işləməyə başlayıb.
Bu rəssam öz rəsmlərini boyayla, rənglə yox... neftlə çəkir. Həm də fırçasız-filansız – barmaq və dırnaqları ilə...
- Borçalıda doğulan Sabir Çopuroğlunun neftlə ilk tanışlığı necə başlayıb?
- Əfsanəvi Niko Pirosmani-nin həmyerlisi nədən rəssam olmaq istəyib?
- Rəssamlar hansı şəhərdə daha yaxşı yaşayırlar – Bakıda, yoxsa Tbilisidə?
- Sabir Çopuroğlu niyə Bakıya köçəsi olub?
- Onu neftlə rəsmə köçürəcək rəssamı Bakı necə qarşılayıb?
- Neftin adamı əsərlərini neçəyə satır?
Bu və başqa suallara oktyabrın 4-də, saat 23-də AzadlıqRadiosunda dinləyəcəyiniz «Neft qoxan rəssam» radiodastanında cavab tapa bilərsiniz.
Bu «İz»i itirməyin.