Türkiyənin xarici işlər nazirliyi Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirir.
Naziriyin məlumatına görə Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov buna görə naziriyə çağırılıb.
İnsidentin oktyabrın 3-də Türkiyə-Suriya sərhədində qeydə alındığı bildirilir.Məlumata görə Türkiyənin F-16 təyyarələri Rusiya təyyarəsini geri dönməyə məcbur edib.
Sergei Karlova xəbərdarlıq edilib ki, əgər gələcəkdə bu cür hallar təkrar olunsa, istənilən arzuolunmaz hərəkətə görə Moskva cavabdehlik daşıyacaq.
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioglu baş vermiş insidentlə bağlı rusiyalı həmkarı Sergei Lavrova rəsmi mesaj göndərib.
Qeyd edək ki, Türkiyə Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarına qarşıdır.