«AST Telman» cərimələndi

Telman İsmyayilov Azal prezidenti Cahangir Əsgərovla birlikdə (Arxiv foto)

-

Moskva Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovun “KBF AST” MMC şirkətinə 213 milyon dollarlıq cərimə kəsib.

Bu şirkət “AST” şirkətlər qrupuna daxilldir.

“RİA Novosti”nin məlumatına görə, qərar VTB qrupuna daxil olan Moskva Bankının iddiası əsasında çıxarılıb.

Moskva Bankı oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı arbitraj məhkəməsinə müraciət edib.

Bankın 2012-ci il sentyabrın 28-də "Rusline 2000" şirkətinə ayırdığı kredit müqaviləsində zəmanətçi kimi çıxış edən Telman İsmayılov uzun müddət maliyyə öhdəliklərini yerinə yetirə bilməyib və iddia buna görə qaldırılıb.

Məhkəmə "KБФ AST" şirkətinin kredit müqaviləsinin etibarsızlığı ilə bağlı cavab iddiasını rədd edib.

(+420) 778 711 70 - WhatsApp nömrəmiz. Çəkdiyin video və fotoları bizə göndər