Rusyanın hərbi təyyarəsi 3 gün ərzində ikinci dəfə Türkiyənin hava məkanını pozub.
Rusiyanın Ankaradakı səfiri yenidən Türkiyənin xarici işlər nazirliyinə çağırılıb.
Nazirliyin məlumatına görə ikinci insident oktyabrın 4-də baş verib.
Rusiya təyyarəsi oktyabrın 3-də də Türkiyənin hava hüduduna daxil olub.
İnsident Türkiyə-Suriya sərhəddində qeydə alınıb.
Həmin vaxt Türkiyənin F-16 təyyarələri havaya qalxaraq Rusiya təyyarəsini geri dönməyə məcbur edib.
NATO və ABŞ Rusiyanın bu hərəkətini kəskin pisləyib və bunu Türkiyə və NATO-nun hava hüdudlarının pozulması kimi qiymətləndiriblər.
Rusiya sentyabrın 30-dan Suriyada yaraqlılara qarşı hava əməliyyatları keçirir.
Moskva hədəfin İslam Dövləti qrupu olduğunu deyir.
ABŞ və qərb ölkələri isə Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançıların da hədəf olduğunu deyirlər.