Türkiyə Rusiya təyyarələrinin gələcəkdə ölkənin hava məkanını pozmasından qaçmaq üçün Moskvaya görüş keçirməyi təklif edib.
Türkiyə xürici işlər nazirliyinin sözçüsü Tanju Bilgic oktyabrın 7-də bildirib ki, məqsəd Rusiya hərbçilərinin bu cür pozuntulara aydınlq gətirməsi və bunun təkrar olunmaması üçün görüləcək tədbirləri müəyyənləşdirməkdir.
O Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölkənin hava hüdudunun pozulmasına görə, oktyabrın 6-da üçüncü dəfə nazirliyə çağırıldığını deyir.
Bilgic həmçinin qeyd edib ki, Türkiyə Moskvanın Suriyadakı fəaliyyətini koordinasiya eləmək üçün işçi qrup yaradılmasını təklif etməyib.
Bu məlumatı Rusiya mətbuatı yaymışdı.
Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu oktyabrın 7-də bildirib ki, o Suriya münaqişəsinin Rusiya ilə Türkiyənin üzv olduğu NATO ittifaqı arasındaböhrana, habelə bunun Moskvayla Ankara arasında mübahisəyə səbəb olmasını istəmir.
O həmçinin bildirib ki, Rusiyanın Suriyada endirdiyi 57 hava zərbəsindən yalnız 2-si İslam Dövləti qrupuna qarşı olub.
Davutoglunun sözlərinə görə qalan zərbələr Suriya rejiminə qarşı mübarizə aparan müxalifət qüvvələrinin mövqelərinə endirilib.
Hakim “Ədalət və İnkişaf” partiyasının üzvü Omer Celik isə bildirib ki, gələcəkdə Türkiyənin hava hüdudlarının Rusiya tərəfindən pozulmasına təhlükə kimi baxılacaq.